Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal qazanıb
# 26 oktyabr 2013 09:16 (UTC +04:00)

Bakı-APA. Azərbaycan yığması Sloveniyanın paytaxtı Lyublyanada keçirilən gənc cüdoçuların dünya çempionatında ilk medalını qazanıb. Apasport.az saytının məlumatına görə, yarışın ikinci günündə idmançılarımızdan Məmmədəli Mehdiyev (81 kq) fəxri kürsüyə yüksəlib. O, bürünc medal uğrunda görüşdə rusiyalı Aslan Lappinaqovu məğlub edib.

Qeyd edək ki, millimiz yarışa 10 idmançı ilə yollanıb və mundial sabah başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR