Göyçayda fərdi ev yanıb - VİDEO

<b>Göyçayda fərdi ev yanıb - <span style="color: red;">VİDEO </b>
# 08 noyabr 2013 19:18 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov-APA. Göyçay rayonunda 3 otaqlı ev yanıb. Göyçay Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, hadisə noyabrın 8-də günorta saatlarında Göyçayın Hacalıkənd kəndində baş verib. Eldar Şıxalıyevə məxsus ümumi sahəsi 196 kvadratmetr olan birmərtəbəli 3 otaqlı mənzildə baş vermiş yanğının söndürülməsi üçün əraziyə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib.

Hadisə zamanı evin 96 kvadratmetrlik hissəsi içindəki bir cox əşyaları ilə birgə yanıb, qalan 100 kvadratmetlik hissə və ona yaxın olan 84 kvadratmetrlik talvar yanğından mühafizə edilib, alovun qonşu evlərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.

İlkin ehtimala görə, yanğına elektrik naqillərdə baş vermiş qısaqapanma səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR