İran, Avropa Birliyi və ABŞ nümayəndələrinin növbəti görüşü uğursuz olub

İran, Avropa Birliyi və ABŞ nümayəndələrinin növbəti görüşü uğursuz olub
# 09 noyabr 2013 23:15 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə danışıqlara yaxın olan mənbə məlumat verib.

“Tərəflər razılığa gələ bilmədi. Bütün tərəflər öz mövqelərində qaldılar. ABŞ və Fransanın mövqeləri bizə irəliləməyə imkan vermir”, deyə mənbə bildirib.

Mənbənin sözlərinə görə, İran tərəfi “yaranmış vəziyyətə görə bütün məsuliyyəti “altılıq” ölkələrinin mövqelərinin razılaşdırılmasına cavabdeh olan “altılığın” əlaqələndiricisi Ketrin Eştonun üzərinə qoyur”.

Qeyd edək ki, Məhəmməd Cavad Zərif jurnalistlərə bildirib ki, Cenevrədə İranın nüvə proqramı ilə bağlı “altılıq” ölkələri ilə aparılan danışıqlarda razılaşma əldə olunmasa, tərəflər danışıqları 7-10 gündən sonra yenidən davam etdirə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR