Bağdadda baş vermiş partlayışlar 34 nəfərin həyatına son qoyub

Bağdadda baş vermiş partlayışlar 34 nəfərin həyatına son qoyub
# 26 dekabr 2013 00:58 (UTC +04:00)

Bakı-APA. Bağdadda üç partlayış nəticəsində 34 nəfər ölüb. APA-nın “Röyters”ə istinadən verdiyi məlumata görə, xristianların yaşadığı Dora rayonunda kilsə yaxınlığında baş vermiş partlayış 24 nəfərin həyatına son qoyub.

Bu hadisədən öncə isə bazar yaxınlığında iki bomba partladılıb. Nəticədə 10 nəfər həlak olub.

İraq paytaxtında baş vermiş partlayışlar zamanı yaralananlar da olub. Onların sayı 52-yə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR