Təhsil Nazirliyinin bir şöbəsi ləğv edilərək əvəzində yeni şöbə yaradılıb

Təhsil Nazirliyinin bir şöbəsi ləğv edilərək əvəzində yeni şöbə yaradılıb
# 03 sentyabr 2013 16:27 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyində növbəti kadr və struktur dəyişikliyi edilib. APA-nın xəbərinə görə, nazirliyin kənd rayonları üzrə ümumi təhsil şöbəsi ləğv olunub və onun bazasında yeni şöbə - məktəbəqədər və ümumi təhsil şöbəsi yaradılıb. Nazirliyin kənd rayonları üzrə ümumi təhsil şöbəsinin keçmiş müdiri Aydın Əhmədov yeni şöbənin müdiri vəzifəsini icra edəcək.

Təhsil Nazirliyinin Məktəbəqədər təhsil sektorunun yeni yaradılan şöbənin tərkibində fəaliyyətini davam etdirəcəyi açıqlanıb. Bu sektora yenə Nərminə Alnağıyeva rəhbərlik edəcək.

Qeyd edək ki, Təhsil Nazirliyinin hər iki rəsmisi - Aydın Əhmədov və Nərminə Alnağıyeva APA-ya açıqlamalarında faktı təsdiqləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR