Baş Prokurorluq vətəndaşların külli miqdarda əmlakının ələ keçirilməsi faktı ilə bağlı məlumat yayıb

Baş Prokurorluq vətəndaşların külli miqdarda əmlakının ələ keçirilməsi faktı ilə bağlı məlumat yayıb
# 23 iyun 2014 14:26 (UTC +04:00)

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, istintaq zamanı Abşeron rayon sakini Vidadi Əliyevin Bakı şəhər sakinindən onu Hərbi Poliklinikaya işə düzəldəcəyini yalandan vəd edib 3 min manat, həmçinin Şabran rayon sakini Aydın İsmayılovla əlbir olub Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirini dəyişdirəcəyini yalandan vəd edərək oğlundan 13 min manat məbləğində pulu alaraq özgəyə məxsus külli miqdarda əmlakı ələ keçirməklə dələduzluq etmələrində şübhələr üçün əsaslar olduğundan hər iki şəxsə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsində nəzərdə tutulan ittiham elan edilib.


Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR