Neft yenidən bahalaşıb

Neft yenidən bahalaşıb
# 05 noyabr 2013 06:37 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Noyabrın 4-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 0,01 dollar və ya 0,01% artaraq 1 barelə görə 94,62 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, noyabrın 4-də ICE London qitələrarası birjasında dekabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,32 dollar və ya 0,3% artaraq 106,23 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR