Prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Təbrizdəki Baş Konsulluğunda səsvermə üçün lazimi şərait yaradılıb

Prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Təbrizdəki Baş Konsulluğunda səsvermə üçün lazimi şərait yaradılıb
# 06 oktyabr 2013 14:47 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Təbrizdəki Baş Konsulluğunda səsvermə üçün bütün şərait yaradılıb.

Baş Konsulluqdan APA-ya verilən məlumata görə, İran İslam Respublikasında daimi və ya müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarının səsverməsini təmin etmək məqsədilə yaradılmış seçki məntəqəsində hazırlıq işləri tam başa çatdırılıb.

Hazırda konsulluq qeydiyyatında olan və seçki məntəqəsində siyahıya alınmış seçicilərin sayı 90 nəfərə yaxındır.

Həmçinin, konsulluq dairəsində daimi və ya müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarının məlumatlandırılmasını üçün Baş Konsulluq tərəfindən müvafiq addımlar atılır, Təbrizdə nəşr olunan KİV-də bununla bağlı məlumatlar dərc olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR