Kür çayında suyun səviyyəsi azalıb

Kür çayında suyun səviyyəsi azalıb
# 04 noyabr 2013 16:19 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-140, Kiçik Qafqazın çaylarında 70-110, Lənkəran-Astara bölgəsi çaylarında 20-30, Naxçıvan MR çaylarında isə 40 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, noyabrın 4-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 123 m3/s, ongünlük normanın 66 faizini təşkil edir. Noyabrın 4-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 86 m3/s olmaqla, ongünlük normanın 102 faizini təşkil edir.

Bu gün Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində, Salyanda və Araz çayının Novruzlu məntəqəsində 6 sm, Şirvanda 11 sm, Bankədə isə 8 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 336 sm, Şirvanda 192 sm, Salyanda 169 sm, Bankədə 195 sm, Araz çayının Novruzlu məntəqəsində isə 97 sm təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR