AVCİYA-nın seçki qərargahı regionlarda seçki təlimlərinə start verib

AVCİYA-nın seçki qərargahı regionlarda seçki təlimlərinə start verib
# 16 avqust 2013 10:03 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) seçki qərargahı regionlarda seçki təlimlərinə start verib. AVCİYA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xaçmaz regional ofisinin təşkilatçılığı ilə avqustun 13-15-də Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonları üzrə seçki məntəqələrində müşahidə aparacaq şəxslərə 8 təlim keçirilib.

Təlimlərdə prezident seçkiləri, AVCİYA-nın nəşr etdiyi 3 seçki bülleteni, Seçki Məcəlləsinə edilən son dəyişiklər, müşahidəçilərin hüquq və vəzifələri, seçki saxtakarlıqlarının qarşısının alınması yolları və digər məsələlər barədə məlumat verilib. Qurumun seçki qərargahının rəhbəri Məhərrəm Zülfiqarlı və AVCİYA Xaçmaz regional ofisinin rəhbəri Solmaz Mehdiyeva çıxış edərək müşahidəçilərə öz tövsiyələrini veriblər.

İştirakçılara assosiasiya tərəfindən nəşr olunan “Müşahidəçilər üçün yaddaş kitabçası” da təqdim olunub.

AVCİYA Şirvan regional ofisinin təşkilatçılığı ilə Şirvan, Hacıqabul, Sabirabad, Salyan, Neftçala müşahidəçiləri üçün növbəti təlimlər avqustun 17–18-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR