Peruda ağır yol qəzasında 50-dək insan ölüb

Peruda ağır yol qəzasında 50-dək insan ölüb
# 12 oktyabr 2013 20:32 (UTC +04:00)

Bakı-APA. Oktyabrın 12-də Peruda yük maşınının iştirakı ilə baş vermiş yol qəzasında azı 49 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qəza Perunun cənubundakı La Konvensyon əyalətində dağ yolunda baş verib. Göyərtəsində çoxlu sərnişinin olduğu yük maşını yoldan çıxaraq aşıb.

Perunun bu bölgəsində avtobus çatışmazlığı səbəbindən sərnişindaşımaları çox vaxt yük maşınları həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR