Bakı-Böyük Kəsik dəmir yolunun 300 kilometri əsaslı təmir edilib - FOTO

Bakı-Böyük Kəsik dəmir yolunun 300 kilometri əsaslı təmir edilib - <span style="color: red;">FOTO
# 13 noyabr 2013 08:44 (UTC +04:00)

Bakı - APA. Bu gün Bakı-Böyük Kəsik dəmir yolunun Əlikənd-Ləki mənzilində 300-cü kilometr əsaslı təmir olunub. Tədbirdə «Azərbaycan Dəmir Yolları» QSC-nin sədr müavini Qurban Nəzirov və müvafiq qurumlarının rəhbərləri iştirak ediblər.

«Azərbaycan Dəmir Yolları» QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, Bakı-Böyük Kəsik istiqamətində 317 km dəmir yolunun əsaslı təmiri Azərbaycanda dəmir yolu nəqliyyat sisteminin inkişafına dair Dövlət Proqramının (2010-2014-cü illər) icrası çərçivəsində aparılır.

Qeyd edək ki, əsaslı təmir işlərini «Azərbaycan Dəmir Yolları» QSC «Dəmiryolservis» MMC-nin müəssisələri həyata keçirir. Əsaslı təmir işlərinə 2011-ci il iyunun 10-da Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib, ilk 100-cü kilometrin təmiri 2012-ci il iyulun 21-də Mingəçevir stansiyasında, 200-cü kilometr 2013-cü il martın 8-15-də yolun Qarabucaq-Müsüslü mənzilində həyata keçirilib. Eyni zamanda, bu günə kimi əsaslı təmir olunmuş 300 kilometrin 235 kilometri 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənib. İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir. Yolların əsaslı təmiri prosesini Çexiya «Eximbank»ının nəzarət qrupu müşahidə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR