Azərbaycan biznesmenləri Türkiyədə keçiriləcək xəz-dəri sərgisinə dəvət olunur

Azərbaycan biznesmenləri Türkiyədə keçiriləcək xəz-dəri sərgisinə dəvət olunur
# 31 oktyabr 2013 13:00 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Gələn ay Türkiyədə beynəlxalq xəz-dəri sərgisi keçiriləcək. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, noyabrın 19-22-də İstanbul şəhərində VIII İstanbul Dəri Sərgisi baş tutacaq.

Məlumata görə, bu sərgi Tüyap Sərgi və Konqres Mərkəzində təşkil ediləcək. Burada dəri sektorunda dizayn və texnologiyalar istiqamətində əldə edilmiş son yeniliklər nümayiş etdiriləcək. Belə ki, hər il 60 ölkədən bu sərgiyə 15 min nəfərdən çox ziyarətçi gəlir. İş adamları isə bu sektorda yeni ticarət əlaqələri qurmaq şansı qazanır. Eyni zamanda, xəz-dəri bazarının tələbləri, son trendlər və yeni məhsulları yaxından təqib etmək imkanı əldə edirlər. Sərgidə Türkiyənin bütün bölgələrindən bir araya gələn dəri və xəz geyim firmaları, xam dəri, dəri çanta və aksesuar istehsalçıları, emal müəssisələri ən son məhsullarını peşəkar alıcılara təqdim edəcəklər.

Azərbaycanlı iş adamları da İstanbul dəri sərgisinə dəvət olunurlar. Maraqlananlar Azpromoya müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR