İraqda törədilmiş bir neçə partlayış nəticəsində 26 nəfər ölüb

İraqda törədilmiş bir neçə partlayış nəticəsində 26 nəfər ölüb
# 22 aprel 2014 00:25 (UTC +04:00)

APA-nın “BBC News”a istinadən verdiyi xəbərə görə, partlayışlardan ən güclüsü polis məntəqəsində olub, terrorçu kamikadze üzərindəki partlayıcı qurğunu işə salıb.

Frans Press agentliyinin məlumatına görə, ümumilikdə İraqın paytaxtı və ətrafında 5 partlayış baş verib. Terror aktları ABŞ qoşunlarının ölkəni tərk edəndən sonra keçiriləcək ilk parlament seçkiləri ərəfəsində törədilib.

Qeyd edək ki, İraq qanunvericiliyinə görə, ölkənin dövlət başçısı və baş naziri parlament tərəfindən seçilir.

Xatırladaq ki, son aylar İraqda zorakılıqlar dalğası 2008-ci ilin səviyyəsinə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR