DİN-in baş əməliyyat müvəkkili: “İnsan alveri dövrün aktual problemlərindən biri olaraq qalmaqdadır” - FOTO

DİN-in baş əməliyyat müvəkkili: “İnsan alveri dövrün aktual problemlərindən biri olaraq qalmaqdadır” - <span style="color: red;">FOTO
# 19 iyun 2014 09:52 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “İnsan alveri dövrün aktual problemlərindən biri olaraq qalmaqdadır”.

APA-nın məlumatına görə bunu Ombudsmanların XII beynəlxalq forumunda çıxış edən Daxili İşlər Nazirliyinin İnsan alverinə qarşı mübarizə baş idarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Fuad Əliyev deyib.

O bildirib ki, beynəlxalq ekspertlərin hesablamalarına görə hər il 27 milyonadək şəxs cinsi istismara və məcburi əməyə məruz qaldığı halda hüquq mühafizə və təhlükəsizlik strukturları tərəfindən cəmi 46 min qurban aşkar edilir: “Bu baxımdan əksər dövlətlər problemin kökündə dayanan sosial, iqtisadi, mədəni, siyasi və digər amillərin aradan qaldırılması insan alverinin bütün formaları ilə mübarizə tədbirlərinin sərtləşdirilməsi, qurbanlara köməklik göstərilməsi istiqamətində zəruri addımlar atılıb. Son 10 il ərzində Azərbaycanda insan alverinə qarşı kompleks mübarizənin hüquqi müstəvidə aparılmasına dövlət səviyyəsində xüsusi diqqət yetirilir. Bu sahədə kompleks tədbirlərin həyata keçirilməsində prezident İlham Əliyevin imzaladığı Sərəncam əsasında Milli Fəaliyyət Proqramı xüsusi rol oynayır. İnsan alverinə qarşı mübarizədə KİVDF-in təşəbbüsü ilə 33 layihə maliyyələşdirilib. Bunun üçün 230 min manat vəsait ayrılıb. Bu sahədə beynəlxalq təcrübə də öyrənilir. Məcburi əməyin qarşısının alınması ilə bağlı tədbirlər görülür. Ölkə üzrə uşaqların təhsildən yayınıb məcburi əməyə cəlb olunmalarının qarşısını almaq üçün Ombudsman Aparatı ilə birlikdə mütəmadi monitorinqlər keçirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR