Krım-Tatar Məclisi: Krımda referendum əleyhinə aksiyalarda 40 mindən çox insan iştiak edib

Krım-Tatar Məclisi: Krımda referendum əleyhinə aksiyalarda 40 mindən çox insan iştiak edib
# 14 mart 2014 21:17 (UTC +04:00)

APA-nın “Ukrinform” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Krım-Tatar Məclisinin Rəyasət Heyətinin üzvü Əminə Avamileva bəyan edib.

“Bu gün Krımın bütün bölgələrində irimiqyaslı aksiyalar keçirilib. Son hesablamalara görə, aksiya və yürüşlərdə 42 min adam iştirak edib. Bunların arasında Krım tatarlarından savayı digər xalqların nümayəndələri də olub”, - Ə.Avamileva bildirib.

Onun sözlərinə görə, aksiyalar dinc şəkildə keçib. Ə.Avamileva xatırladıb ki, Krım-Tatar Məclisi Krım tatarlarını və ümumilikdə muxtariyyətin əhalisini martın 16-da keçiriləcək referendumu boykot etməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR