ABŞ Senatı Yanukoviç hökumətini etirazçılara qarşı güc tətbiqindən vaz keçməyə çağırıb

ABŞ Senatı Yanukoviç hökumətini etirazçılara qarşı güc tətbiqindən vaz keçməyə çağırıb
# 08 yanvar 2014 10:43 (UTC +04:00)

Bakı – APA. ABŞ Senatı Ukrayna ilə bağlı qətnamə qəbul edib.

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, qətnamədə Ukrayna hökumətinə dinc nümayiş iştirakçılarına qarşı güc tətbiqindən vaz keçmək çağırışı yer alıb.

Amerikalı senatorlar güc tətbiqi hallarının təkrarlanacağı təqdirdə Ukraynaya qarşı sanksiyaların nəzərdən keçiriləcəyi ilə bağlı xəbərdarlıq edib. Onlar hesab edir ki, Yanukoviç hökuməti tərəfindən nümayişçilərə qarşı zorakılıq halları davam etsə, ABŞ prezidenti və Konqres məqsədyönlü sanksiyaların tətbiqinin mümkünlüyünü nəzərdən keçirməlidir. Buraya güc tətbiqinə görə məsul şəxslərin maliyyə aktivlərinin dondurulması, habelə viza sanksiyaları daxildir.

Bundan əlavə senatorlar ABŞ və Avropa Birliyi ölkələrinin rəhbərlərini Ukraynadakı böhranın demokratik həlli üçün birgə fəaliyyəti davam etdirməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR