Parisdə Rusiya və ABŞ xarici siyasət idarələri rəhbərlərinin görüşü keçirilir

Parisdə Rusiya və ABŞ xarici siyasət idarələri rəhbərlərinin görüşü keçirilir
# 13 yanvar 2014 09:26 (UTC +04:00)

Bakı – APA. Parisdə Rusiya və ABŞ xarici siyasət idarələri rəhbərlərinin görüşü başlayıb.

APA – nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, görüş ABŞ səfirinin iqamətgahında keçirilir.

Görüşdən öncə ABŞ Dövlət departamentinin rəhbəri Con Kerri karton qutudan iki ədəd kartof çıxarıb və Rusiya xarici işlər naziri Sergey Lavrova hədiyyə edib. Kerrinin bu addımı hər iki ölkənin nümayəndə heyətinin gülüşünə səbəb olub.

Sonradan danışıqlar bağlı qapılar arxasında davam edib. Müzakirələrə Ərəb Dövlətləri Liqası və BMT-nin Suriya üzrə nümayəndəsi Lahdar Brahiminin qatılacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR