Malinin şimalında törədilmiş terror aktı nəticəsində BMT-nin 2 sülhməramlısı həlak olub

Malinin şimalında törədilmiş terror aktı nəticəsində BMT-nin 2 sülhməramlısı həlak olub
# 14 dekabr 2013 23:15 (UTC +04:00)

Bakı-APA. Malinin şimalında ötən gün törədilmiş terror aktı nəticəsində BMT-nin 2 seneqallı sülhməramlısı həlak olub. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, terrorçu-kamikadze ölkənin şimalındakı Kidal şəhərində yerləşən bankın qarşısında avtomobili partladıb. Partlayışa görə məsuliyyəti öz üzərinə “Əl Qaidə” terror təşkilatı ilə əlaqəli olan yerli islamçı qruplaşmasının lideri götürüb.

Terror aktı Malidə keçirilən parlament seçkilərinin 2-ci turu ərəfəsində törədilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR