Cəlilabad rayonuna yeni kombaynlar gətirilib

Cəlilabad rayonuna yeni kombaynlar gətirilib
# 21 aprel 2014 16:57 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev – APA. Kənd təsərrüfatı məhsulları istehsalçılarının texniki vasitələrə ehtiyacını təmin etmək məqsədilə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad rayon aqroservis filialına Hollandiya istehsalı olan 3 ədəd “Sampo” markalı taxılyığan kombayn gətirilib.

APA-nın cənub bürosunun məlumatına görə, hər birinin dəyəri 110 min manat civarında olan bu kombaynları fermerlər lizinq şərtləri ilə texnikanın ümümi dəyərinin 10 faizini ödəməklə, əldə edə bilərlər.

Bu kombaynlar sovet istehsalı olan kombaynlardan bir çox xüsusiyyətlərinə görə fərqlənir. Belə ki, mühərriki 6 silindirdən ibarət olan bu kombaynlar biçin prosesini sürətli və keyfiyyətli etməyə imkan verir.

Yaxın vaxtlarda Cəlilabad aqroservis filialına digər olkələrin istehsalı olan daha 22 ədəd yeni kombaynın gətirilməsi də nəzərdə tutulub.

Qeyd edək ki, az yanacaq sərf edərək yüksək məhsuldarlıqla işləyən və asan idarə olunan yeni kənd təsərrüfatı texnikalarından daha səmərəli istifadə etmək üçün Cəlilabad rayonundan olan bir qrup mexanizator Yevlax rayonunda təşkil olunmuş treniqlərdə iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR