Goranboyda narkotik vasitə satmaq istəyən Tərtər sakini saxlanılıb

Goranboyda narkotik vasitə satmaq istəyən Tərtər sakini saxlanılıb
# 29 oktyabr 2013 16:27 (UTC +04:00)

Goranboy. Teymur Zahidoğlu - APA. Tərtər rayon sakini Goranboyda narkotik vasitə ilə yaxalanıb.

Goranboy Rayon Polis Şöbəsindən APA-nın Qarabağ bürosuna verilən xəbərə görə, 42 yaşlı Cəfər Hüseynov Goranboy şəhəri ərazisində saxlanılıb. C. Hüseynovun üzərinə baxış keçirilən zaman 30 kibrit qutusunda qurudulmuş marixuana aşkarlanıb.

C. Hüseynovun istintaqa ilkin ifadəsində məlum olub ki, marixuananı gəlir əldə etmək məqsədilə satmaq istəyib. Hazırda polis ondan götürülən marixuananı kimdən əldə edildiyini müəyyənləşdirmək istiqamətində iş aparır.

O da məlum olub ki, C. Hüseynov özü də narkotik aludəçisidir.

Faktala bağlı Goranboy rayon polis şöbəsində cinayyət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR