Cəbhədə atışma olub, bir erməni hərbçi öldürülüb, biri yaralanıb

Cəbhədə atışma olub, bir erməni hərbçi öldürülüb, biri yaralanıb
# 23 avqust 2013 11:47 (UTC +04:00)

APA-nın “Novosti Armenii” agentliyinə istinadən verdiyi məlumata görə, insident avqustun 23-də səhər saatlarında Ermənistanın Aqarak rayonunun Naxçıvan Muxtar Respublikası ilə sərhədində, qoşunların təmas xəttində baş verib.

Ermənistan mətbuatı ilkin məlumata görə, bir erməni hərbçinin öldüyü, birinin isə yaralandığını xəbər verir.

Hadisənin təfərrüatları məlum deyil.

Azərbaycan Müdafiə Nazirliyindən məsələyə münasibət öyrənmək hələlik mümkün olmayıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR