Azərbaycan Əmək Müfəttişlərinin Beynəlxalq Assosiasiyasının İcra Komitəsinin 14-cü Konqresi və Baş Assambleyasında iştirak edəcək

Azərbaycan Əmək Müfəttişlərinin Beynəlxalq Assosiasiyasının İcra Komitəsinin 14-cü Konqresi və Baş Assambleyasında iştirak edəcək
# 06 iyun 2014 12:30 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. İsveçrənin Cenevrə şəhərində iyunun 9-10-da Beynəlxalq Əmək Təşkilatında (BƏT) Əmək Müfəttişlərinin Beynəlxalq Assosiasiyasının (ƏMBA) İcra Komitəsinin 14-cü Konqresi və Baş Assambleyası keçiriləcək.

Tədbirdə Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunacaq.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, ƏMBA-nın İcra Komitəsinin hər 3 ildən bir Cenevrədə keçirilən Konqresi barədə məlumat verən F.Əlizadə bildirib ki, budəfəki toplantı “Peşəkarlıq, tərəfdaşlıq və istehsalat: Səmərəli əmək təftişini bütün dünyaya çatdıraq” mövzusuna həsr olunub: “Konqresdə sosial tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün mövcud imkanlar araşdırılacaq, təhlükəsiz, sağlam, ədalətli və layiqli iş maraqlarının müdafiəsi üçün sosial tərəfdaşlarla birgə üçtərəfli təşəbbüslər, iş yerlərində əməyin mühafizəsi ilə bağlı məsələlər müzakirəyə çıxarılacaq”.

Xidmət rəisi nəzərə çatdırıb ki, konqresdə həmçinin Əmək Müfəttişliklərinin Regional Alyansları ilə işin gücləndirilməsi məsələlərini də nəzərdən keçirəcək: “Xatırladım ki, belə təşkilatlardan biri də 2008-ci ildən Azərbaycanın da üzv olduğu, özündə 12 ölkəni birləşdirən “Cənubi-Şərqi Avropa, Azərbaycan və Ukrayna Əmək Müfəttişlərinin Alyansı”dır. Tədbirdə ƏMBA-nın 2014-2017-ci illər üçün Fəaliyyət Planının təsdiq edilməsi nəzərdə tutulur”.

ƏMBA 1972-ci ildə təsis edilib. Hazırda 100-dən artıq ölkə, o cümlədən 2008-ci ildən Azərbaycan bu təşkilatın üzvüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR