Mühacirlərin həyat yoldaşları və onların ailə üzvləri haqqında hesabat təqdim edilib

Mühacirlərin həyat yoldaşları və onların ailə üzvləri haqqında hesabat təqdim edilib
# 27 iyun 2014 09:31 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Beynəlxalq Miqrasiya Təşkilatı və BMT-nin İnkişaf Proqramı Azərbaycandan kənarda yaşayan mühacir vətəndaşlar və onların ailə üzvləri haqqında birgə hesabatın təqdimat mərasimini keçiriblər. APA-nın məlumatına görə, tədbirdə çıxış edən BMT-nin rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Antonius Bruk miqrasiyanın həm qlobal, həm də milli səviyyədə çatışmazlıqlarının olduğunu bildirib. O deyib ki, hesabat BMT-nin İnkişaf Proqramının “Azərbaycanda gender tədqiqatlarına dəstək” proqramı əsasında Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən həyata keçirilən “Azərbaycandan kənarda yaşayan və işləyən mühacir azərbaycanlı miqrantların mütəmadi və ya uzun müddət əlaqə saxlamadıqları Azərbaycanda qalan həyat yoldaşları və digər ailə üzvlərinin vəziyyəti haqqında biliklərin artırılması və onların hazırkı sosial iqtisadi inkişafı ilə bağlı vəziyyətin öyrənilməsi” layihəsinin nəticəsidir.

Azərbaycan və ingilis dillərində təqdim edilən hesabatda hədəf qruplarının vəziyyəti faktlar əsasında nümayiş olunub. Ehtiyacı olan qadın və uşaqların yaşayış şəraitinə təsir edən problemlərin həlli istiqamətində istifadə edilə biləcək hüquqi yardım vasitələri göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR