Milli Dram Teatrında səs və səhnə avadanlıqları təkmilləşdiriləcək

 Milli Dram Teatrında səs və səhnə avadanlıqları təkmilləşdiriləcək
# 21 iyun 2013 13:44 (UTC +04:00)

Teatrdan APA-ya verilən məlumata görə, bu günlərdə “SALZBRENNER STAGETEC MEDİAGROUP” və “WAAGNER BIRO stage systems” şirkətlərinin əməkdaşları Thomas Dürrbeck və Michael Steiner Akademik Milli Dram Teatrında olub. Onlar teatrda quraşdırılan səs və səhnə avadanlıqlarının vəziyyəti ilə tanış olub, sistemin təkmilləşdirilməsi üçün təkliflər irəli sürüblər.

Əldə olunan razılığa əsasən, növbəti aylarda alman mütəxəssislər Akademik Milli Dram Teatrında quraşdırılmış səs və səhnə avadanlıqlarının təkmilləşdirilməsi, tənzimlənməsi, nasazlıqların aradan qaldırılması istiqamətində işə başlayacaqlar.

Teatrdan verilən məlumatda bildirilir ki, bu səhnə texnikasının təkmilləşməsinə, rəqəmsal texnologiyaların tam gücü ilə istifadəsinə şərait yaradacaq. Növbəti mövsümdən etibarən hazırlanan tamaşalarda bu texnologiyaların imkanlarından tam şəkildə yararlanmaq imkanı olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR