İranda həbsdə olan azərbaycanlı siyasi məhbusa daha bir həbs cəzası verilib

İranda həbsdə olan azərbaycanlı siyasi məhbusa daha bir həbs cəzası verilib
# 28 sentyabr 2013 09:11 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. İranda həbsdə olan azərbaycanlı siyasi məhbus barəsində daha bir məhkəmə hökmü oxunub. APA-nın HRAZ-a istinadən məlumatına görə, Təbriz İnqilab Məhkəməsinin ikinci şöbəsi Şahrux Zamaniyə 6 ay həbs cəzası verib. Azərbaycanlı siyasi məhbus İranın Ali dini lideri, Ayətullah Əli Xamneyini təhqir etməkdə günahlandırılıb. Qərar Ş. Zamaniyə sentyabrın 26-da elan olunub. Azərbaycanlı siyasi məhbusun məhkəmə prosesi sentyabrın 8-də keçirilib və 2 məhbus bu ittihamla bağlı onun əleyhinə şahidlik edib.

Qeyd edək ki, Ş. Zamani hazırda Kərəc şəhərinin Rəcayişəhr həbsxanasında cəza çəkir. O, 2011-ci il avqustun 18-də Təbriz İnqilab Məhkəməsi tərəfindən 11 il azadlıqdan məhrum edilib. İranın Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb. Ş. Zamani sol təmayüllüdür, fəhlələrin hüququnu müdafiə etdiyi üçün həbs edilib. Azərbaycanlı siyasi məhbus bir neçə dəfə həbsxanada aclıq aksiyası da keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR