2014/2015-ci tədris ilində azərbaycanlı gənclərin xaricdə təhsil ala biləcəyi ali təhsil müəssisələrinin siyahısı təsdiqlənib - YENİLƏNİB

2014/2015-ci tədris ilində azərbaycanlı gənclərin xaricdə təhsil ala biləcəyi ali təhsil müəssisələrinin siyahısı təsdiqlənib - <span style="color: red;">YENİLƏNİB
# 12 fevral 2014 14:39 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan gənclərinin 2014-2015-ci tədris ilində xaricdə təhsil almaları məqsədilə seçilmiş ali təhsil müəssisələrinin və xaricdə təhsil proqramının prioritet ixtisas istiqamətlərinin siyahıları təsdiq olunub.

Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Azərbaycan prezidenti yanında Təhsil məsələləri üzrə Komissiya sədrinin 10 fevral tarixli sərəncamı ilə təsdiq olunmuş siyahılara əsasən, 2014-2015-ci tədris ilində azərbaycanlı gənclər Dövlət Proqramı çərçivəsində dünyanın 33 ölkəsinin 544 ali təhsil müəssisəsində təhsil almaq məqsədilə müraciət edə bilərlər.

Əvvəlki illərlə müqayisədə siyahıların daha tez təsdiq olunması əksər xarici ali təhsil müəssisələrinə tələbələrin qəbulu prosesinin təqvim ilinin əvvəlində aparılması və bu səbəbdən Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq niyyətində olan gənclərə ali təhsil müəssisələrinin seçimində yardımçı olmaq məqsədi daşıyır. Daha bir yenilik ondan ibarətdir ki, müvafiq siyahı qüvvəyə minənədək, yəni 10 fevral 2014-cü il tarixinə qədər xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul olunmuş şəxslər üçün 2013-2014-cü tədris ili üzrə təsdiq edilmiş siyahı etibarlı hesab ediləcək.

Vətəndaşlardan sənəd qəbulu prosesi başlayana qədər sənədlərini Təhsil Nazirliyinə şəxsən və ya poçt vasitəsilə təqdim etməməsi xahiş olunur. Rəsmi şəkildə elan olunmuş sənəd qəbulu prosesindən kənar təqdim olunmuş heç bir sənəd nəzərə alınmayacaq. “Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində ölkənin ali təhsil sisteminin təkmilləşdirilməsi və müasir standartlara uyğunlaşdırılması hədəfləri əsasında 2014-2015-ci tədris ili üçün Dövlət Proqramına namizədlərin seçimi prosesində xarici ali təhsil müəssisələrinə magistratura və doktorantura təhsil səviyyələri üzrə qəbul olunmuş gənclərə üstünlük veriləcək. Belə ki, seçim prosesi çərçivəsində bərabər göstəricilərə malik olan namizədlər arasında magistratura və doktorantura səviyyələri üzrə müraciət edən şəxslər bakalavr səviyyəsi üzrə müraciət edənlərlə müqayisədə daha böyük çəkiyə malik olacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR