Bakıda "Azərbaycan Özbəkistan uşaqlarının, Özbəkistan Azərbaycan uşaqlarının gözü ilə" adlı rəsm sərgisi açılacaq

Bakıda "Azərbaycan Özbəkistan uşaqlarının, Özbəkistan Azərbaycan uşaqlarının gözü ilə" adlı rəsm sərgisi açılacaq
# 18 iyul 2013 14:23 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Sabah İçərişəhər təsviri sənət yarmarkasında Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Rəsm Qalereyasının, Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin və “Artinvest” MMC-nin təşkilatçılığı ilə "Azərbaycan Özbəkistan uşaqlarının, Özbəkistan Azərbaycan uşaqlarının gözü ilə" adlı rəsm sərgisi açılacaq.


APA-nın məlumatına görə, sərgidə Azərbaycan uşaqlarının Özbəkistana həsr olunmuş 25, Özbəkistan uşaqlarının Azərbaycana həsr olunmuş 25 əl işi daxil olmaqla, ümumilikdə 50 rəsm əsəri nümayiş olunacaq.

Qeyd edək ki, bu layihənin ilk sərgisi mayın 26-da, Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyi ərəfəsində Daşkənddə keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR