Səudiyyə Ərəbistanı 2 həftə ərzində 60 mindən çox qeyri-leqal miqrantı ölkədən çıxarıb

Səudiyyə Ərəbistanı 2 həftə ərzində 60 mindən çox qeyri-leqal miqrantı ölkədən çıxarıb
# 20 noyabr 2013 02:19 (UTC +04:00)

Bakı-APA. Səudiyyə Ərəbistanı 2 həftə ərzində 60 mindən çox qeyri-leqal miqrantı ölkədən çıxarıb. APA-nın məlumatına görə, bu barədə The Express Tribune qəzeti Səudiyyə Ərəbistanının daxili işlər naziri Məhəmməd ben Naifin açıqlamasına istinadən məlumat yayıb.

“Qeyri-leqal miqrantlara qarşı aparılan kampaniya bundan sonra da davam etdiriləcək, bu kampaniya müddətsizdir”, deyə deyə ben Naif qeyd edib.

Söhbət Səudiyyə Ərəbistanına qanunsuz gələn və ya ölkədə qalmaq müddəti bitmiş Banqladeş, Filippin, Hindistan, Nepal, Pakistan və Yəməndən olan miqrantlardan gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR