Azərbaycan ərazisində yağmursuz hava şəraiti davam edəcək, bəzi yerlərdə temperatur 25 dərəcəyə yüksələcək

Azərbaycan ərazisində yağmursuz hava şəraiti davam edəcək, bəzi yerlərdə temperatur 25 dərəcəyə yüksələcək
# 04 noyabr 2013 09:31 (UTC +04:00)

Mülayim cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 10-13, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında noyabrın 5-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 7-12, gündüz 17-22, bəzi yerlərdə 25 dərəcəyədək isti, dağlarda gecə 1-6, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 3 gün ərzində Abşeron yarımadasında mülayim hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR