Kiyevdə GUAM xarici işlər nazirlərinin 22-ci iclası keçirilib

Kiyevdə GUAM xarici işlər nazirlərinin 22-ci iclası keçirilib
# 06 dekabr 2013 10:00 (UTC +04:00)

APA-nın xəbərinə görə, nazirlər qarşılıqlı siyasi əlaqələr, GUAM+ formatında əməkdaşlıq, BMT Baş Assambleyasının 67-ci sessiyasının gündəmindəki “GUAM məkanında həlli uzanan münaqişələr və onların beynəlxalq sülhə, təhlükəsizliyə, inkişafa təsiri” adlı qətnamə layihəsi barədə fikir mübadiləsi aparıblar.

Şura noyabrın 29-da GUAM ölkələri xarici işlər nazirlərinin Litva xaric işlər naziri ilə birgə görüşündə qəbul olunan Kommünikenin əhəmiyyətini qeyd edərək Vilnüs sammitindən sonrakı mərhələdə GUAM-ın Avropa Birliyi ölkələri ilə fəal əməkdaşlığının inkişaf etdirilməsini qərarlaşdırıblar.

Şura GUAM ölkələri arasında xüsusən ticarət, iqtisadiyyat, enerji sahələrində sahəvi əməkdaşlığa dair kompleks məsələləri, təşkilatın digər dövlətlər və beynəlxalq qurumlarla münasibətlərini də müzakirə edib.

GUAM-da sədrlik Moldovaya keçib. Azərbaycanı toplantıda xaric işlər naziri Elmar Məmmədyarov təmsil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR