Ötən gün Qubada həbs olunmuş şəxslərə qarşı ittiham irəli sürülüb - YENİLƏNİB

Ötən gün Qubada həbs olunmuş şəxslərə qarşı ittiham irəli sürülüb - <span style="color: red;">YENİLƏNİB
# 09 yanvar 2014 14:19 (UTC +04:00)

APA-nın əldə etdiyi məlumata görə, saxlanılan 1990-cı il təvəllüdlü Vəfanur Məmmədov və Nizami Nəcəfov Cinayət Məcəlləsinin 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah , onun komplekt hissələrini , döyüş sursatını və sair əldə etmə, başqasına vermə, daşıma) maddəsi ilə ittiham olunurlar.

Vəfanur Məmmədovun əmisi oğlu Avtandil Məmmədov APA-nın şimal bürosuna bildirib ki, V. Məmmədovun qardaşı Quba rayonu, Rustov kənd sakini, 1998-ci il təvəllüdlü Məmmədov Vəfadar Qeybulla oğlu da saxlanılıb.

A.Məmmədov Vəfadar Məmmədovun bu gün saxlanıldığını bildirib: “Vəfadar Qubada məhkəmənin qarşısında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Vəkil bizə dünən saxlanılan hər iki şəxsin Bakıda Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlandığı barədə məlumat verib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR