Heydər Piriyev Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi təyin olunub

Heydər Piriyev Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi təyin olunub
# 05 noyabr 2013 09:45 (UTC +04:00)

Bu barədə APA-ya AAHM-dən məlumat verilib.

Buna qədər AAHM rəisi vəzifəsini məktəb rəisinin müavini, polkovnik Mirzəli Yusifov icra edib.

M. Yusifov APA-ya açıqlamasında məktəbin rəis müavini vəzifəsində qaldığını bildirib: “İndiyədək rəis vəzifəsini icra edirdim”.

Buna qədər H. Priyev Naxçıvan 5-ci ordu birləşməsinin qərargah rəisi, ondan əvvəl isə AAHM rəisi vəzifəsində çalışıb. H. Piriyev Qarabağda - Füzuli bölgəsində gedən döyüşlərdə hərbi hissə komandiri kimi xidmət edib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR