Şəmkirdə kişi qeyri-rəsmi yaşadığı qadını baltalayıb

Şəmkirdə kişi qeyri-rəsmi yaşadığı qadını baltalayıb
# 15 aprel 2014 14:22 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli - APA. Şəmkirdə 45 yaşlı kişi 43 yaşlı qadını balta ilə yaralayıb. Şəmkir rayon Prokurorluğundan APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə bu gün Şəmkir şəhərində baş verib.

45 yaşlı şəhər sakini Müşfiq Həsən oğlu Əmirov əvvəllər qeyri-rəsmi yaşadığı 43 yaşlı Sevil Əsgər qızı Həsənovaya balta ilə zərbələr endirib. Qadın müxtəlif bədən xəsarətləri ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, daha sonra isə Bakıdakı xəstəxanalardan birinə aparılıb.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR