Dövlət Sosial Müdafiə Fondunun sədri Qubada vətəndaşlarla görüşəcək

Dövlət Sosial Müdafiə Fondunun sədri Qubada vətəndaşlarla görüşəcək
# 10 yanvar 2014 11:45 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev yanvarın 22-də, saat 11:00-da Fondun Quba rayon şöbəsinin inzibati binasında vətəndaşlar üçün qəbul keçirəcək. Görüşdə Qusar, Şabran, Siyəzən, Xaçmaz və Quba rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar iştirak edə bilər.

Fondun mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, vətəndaşlar qəbula yazılmaq və əlavə məlumat almaq üçün [email protected] elektron poçt ünvanı, habelə aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

DSMF-nin Aparatı - (012) 434-12-34;

DSMF-nin Quba rayon şöbəsi - (023) 335-26-15;

DSMF-nin Qusar rayon şöbəsi - (023) 385-40-94;

DSMF-nin Şabran rayon şöbəsi - (023) 353 -39- 48;

DSMF-nin Siyəzən rayon şöbəsi - (023) 304 - 09- 04;

DSMF-nin Xaçmaz rayon şöbəsi - (023) 325-05-25.

Qəbulda iştirak edəcək vətəndaşların Fondun həmin şəhər və rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla DSMF-nin Quba rayon şöbəsinə aparılıb-gətirilməsi təmin ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR