İSB rəhbəri: “Əhalinin icbari sığortaya inamı aşağı səviyyədədir”

İSB rəhbəri: “Əhalinin icbari sığortaya inamı aşağı səviyyədədir”
# 20 iyun 2014 08:14 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. Azərbaycanda əhalinin icbari sığortaya inamı aşağı səviyyədədir.

APA-Economic”in məlumatına görə, bunu Azərbaycan Beynəlxalq Sığorta Forumunda çıxışı zamanı İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Elxan Quliyev deyib.

“Hazırda Azərbaycanda 1 milyon 300 min nəqliyyat vasitəsinin qeydiyyata alınmasına baxmayaraq təqribən 660 min vasitə üçün icbari sığorta qeydə alınıb. Bu ilin 5 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,3% az icbari sığorta polisi satılıb”, - deyə o bildirib.

E.Quliyev avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbarı sığortasında satılan polislərin sayının azalmasının səbəbləri kimi, Azərbaycanda avtomobillərin orta yaşı 20-dən çox olmasını vurğulayıb.

Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbarı sığortasında zərərlilik ilin sonuna 70-75%-ə çatması güman olunur.

İSB rəhbəri hesab edir ki bazarın davamlılığını artırılması üçün tədbirlər görülməlidir. Qiymətləndirmədə standart qaydalar olmadığından sığortaçılar müxtəlif üsullardan istifadə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR