Nazir Fizuli Ələkbərov Mingəçevir şəhərində vətəndaş qəbulu keçirib - FOTO - VİDEO

Nazir Fizuli Ələkbərov Mingəçevir şəhərində vətəndaş qəbulu keçirib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 18 oktyabr 2013 11:23 (UTC +04:00)

Bakı-APA. Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov bu gün Mingəçevir şəhərində vətəndaşları qəbul edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən məlumata görə, qəbul zamanı Mingəçevir, Gəncə, Naftalan şəhərlərinin, Goranboy, Fizuli, Ağcabədi, Ağdam, Bərdə və Tərtər rayonlarının sakinlərinin, ümumilikdə 70 nəfərə yaxın sakinin «Açıq qapı» şəraitində müraciətləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq əməkdaşlarının iştirakı ilə obyektiv və ədalətli şəkildə araşdırılıb. Müraciət edən vətəndaşların bir qisminin qaldırdıqları məsələlər elə yerindəcə həllini tapıb.

Həmçinin aktiv sosial müdafiə tədbirlərinə, o cümlədən «Özünədəstək» proqramına cəlb olunmaq üçün müvafiq potensiallara malik aztəminatlı ailələr də müəyyən olunaraq, onların aktiv sosial müdafiə tədbirlərinə cəlb edilməsi qərara alınıb. Nazir Fizuli Ələkbərov digər müraciətlərdə əksini tapan məsələlərin qısa vaxt ərzində araşdırılaraq obyektiv və ədalətli şəkildə həllini tapması barədə müvafiq struktur bölmələrinə göstəriş verib. Vətəndaşların nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar müraciətləri müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR