Təhsil Şurasının sədri: “Məktəblərdə bəzi dərslərin keçilməməsi müəyyən problemlər yaradır”

Təhsil Şurasının sədri: “Məktəblərdə bəzi dərslərin keçilməməsi müəyyən problemlər yaradır”
# 22 noyabr 2013 08:55 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Bu gün Azərbaycanın müxtəlif rayonlarında musiqi, bədən tərbiyəsi, əmək, təsviri incəsənət kimi dərslər keçilmir və onlara diqqət yetirilmir”.

APA-nın xəbərinə görə, Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev təsis yığıncağında çıxışı zamanı deyib ki, bu dərslər bəzi məktəblərdə Riyaziyyat, Ana dili və digər dərslərlə əvəz olunur: “Bəzi dərslərin keçilməməsi nəticəsində uşaqlar yorulur və psixologiyasında müəyyən problemlər yaranır. Məktəblərdə tədrisdə uşaqların istirahəti dərslərlə növbələşməlidir”.

Ə.Ağayev valideynlərin əksəriyyətinin təhsil hüquqlarını bilməməsindən şikayətlənib. O qeyd edib ki, valideynlərin bu barədə məlumatlandırılmasına, onların məktəblərlə birbaşa əlaqə yaratmasına şərait yaradır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR