Gürcüstandan Ermənistana qazın nəqli dayandırılıb

Gürcüstandan Ermənistana qazın nəqli dayandırılıb
# 17 may 2014 16:59 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Kazbeqi rayonunda Gürcüstan-Rusiya sərhədi yaxınlığındakı Dəryal vadisində baş verən dağ uçqununun fəsadlarını aradan qaldırmaq üçün Gürcüstan hökuməti tərəfindən tədbirlər görülür.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, uçqun altından iki Türkiyə vətəndaşı sağ olaraq çıxarılıb. Güman edilir ki, sürüşmə zamanı yerli sakinlər olan gürcü fəhlələri də uçqun altında qalıb və onların sağ qalmasına ümid yoxdur. Yerli sakinlər bildiriblər ki, uçqun və palçıq sürüşməsi təhlükəli olduğundan, texnikanın işləməsi çətinləşib.

Dağ uçqunu ilə əlaqədar Gürcüstandan Ermənistana qazın nəqli müvəqqəti olaraq dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR