Azərbaycanda neft məhsullarının satışı artıb

Azərbaycanda neft məhsullarının satışı artıb
# 23 dekabr 2013 08:34 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlakçılara 6,2 mln. ton və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,5% çox neft məhsulları göndərilib.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu məhsulların 34,1%-ni dizel yanacağı, 20,7%-ni avtomobil benzini, 10%-ni aviasiya üçün ağ neft, 4,7%-ni neft bitumu, 3,9%-ni maye qaz, 3,8%-ni mazut yanacağı, 0,8%-ni sürtgü yağları, 22%-ni isə digər məhsullar təşkil edib.

Bu ilin 11 ayında neft məhsullarının 77,5%-i daxili bazarda tələbatın ödənilməsinə yönəldilib, 22,5%-i isə ixrac olunub.

Bu ilin yanvar-noyabr aylarında ölkə istehlakçılarına 4,8 mln. ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,3% çox neft emalı məhsulları göndərilib. Mazut yanacağı və sürtgü yağları istisna olmaqla, qalan neft məhsullarının həcmi artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR