«Dəmirbank»ın mənfəəti 57% artıb

«Dəmirbank»ın mənfəəti 57% artıb
# 29 oktyabr 2013 08:34 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Dəmirbank» ASC-nin 2013-cü ilin yanvar-sentyabr ayları ərzində əldə etdiyi gəlirlərin həcmi 44,803 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin müvafiq dövrünün göstəricisindən 18,8% çoxdur. Bankdan «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda bankın xərcləri 16,3% artaraq 41,302 mln. manata çatıb.

Bankın hesabatına əsasən, bu ilin ilk üç rübü ərzində «Dəmirbank» 3,502 mln. manat həcmində mənfəət əldə edib ki, bu da illik müqayisədə 56,7% çoxdur.

Qeyd edək ki, hesabat dövründə bankın faiz gəlirləri 39,068 mln. manat, qeyri-faiz gəlirləri 5,736 mln. manat, faiz xərcləri 17,431 mln. manat, qeyri-faiz xərcləri isə 23,870 mln. manata bərabər olub. Nəticədə, son bir ildə bankın faiz mənfəəti 35,0% artaraq 21,637 mln. manata, qeyri-faiz zərəri 32,1% artaraq 18,134 mln. manata çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR