Astarada həyat yoldaşına dəhşətli işgəncələr verməkdə, onun qulağını kəsməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb - VİDEO

Astarada həyat yoldaşına dəhşətli işgəncələr verməkdə, onun qulağını kəsməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb - <span style="color: red;">VİDEO
# 10 dekabr 2013 12:31 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, hakim İsmayıl Abdurahmanlının sədrliyi ilə keçirilən prosesdə Çingiz Mehdiyev ifadə verib və təqsirini qismən etiraf edib.

Prosesdə, onun həyat yoldaşı, zərərçəkmiş Nisə Xəlilova və şahidlər də dindirilib.

Ç. Mehdiyevin vəkili Natiq Əsədov vəsatətlə çıxış edərək məhkəməyə əlavə şahidlərin dəvət olunmasını və əlavə materialların təqdim olunmasını istəyib.

Məhkəmə vəsatətləri təmin edib.

Proses dekabrın 24-də davam etdiriləcək.

Qeyd edək ki, həyat yoldaşı, 28 yaşlı Nisə Xəlilovaya qarşı zor tətbiq etməkdə, dəhşətli işgəncələr verməkdə ittiham olunan Astara rayonunun Kələdəhnə kənd sakini, 33 yaşlı Cingiz Mehdiyev Cinayət Məcəlləsinin 127.2.2, 145.2.5, 145.2.6 maddələri üzrə təqsirli bilinir.

Xatırladaq ki, Ç. Mehdiye prokurorluğun sanksiyası ilə saxlanılıb və onun barəsində Astara Rayon Məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs qəti-imkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR