Sergey Lavrov: “Soçi Olimpiadasının təhlükəsizliyinin təmin edilməsində NATO-nun yardımına ehtiyac duymuruq”

Sergey Lavrov: “Soçi Olimpiadasının təhlükəsizliyinin təmin edilməsində NATO-nun yardımına ehtiyac duymuruq”
# 29 yanvar 2014 09:29 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. “Soçi Olimpiadasının təhlükəsizliyinin təmin edilməsində Rusiya NATO-nun köməyinə ehtiyac duymur”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.

Onun sözlərinə görə, Rusiya Soçidə keçiriləcək Olimpiya oyunlarının təhlükəsizliyi üçün NATO ilə əməkdaşlığa ehtiyac duymur: “NATO baş katibi ili görüşdə Soçi Olimpiadasını müzakirə etmədik. Çünki NATO təşkilat kimi olimpiya oyunlarının təhlükəsizliyinin təmin edilməsində iştirak etmir”.

Rusiya XİN başçısı bildirib ki, ölkələrin əksəriyyətinin qərargahda nümayəndələri var. “Onlar Federal Təhlükəsizlik Xidmətinin rəhbərliyi altında artıq bir neçə həftədir ki, təhlükəsizliyin təminatı ilə məşğuldur. NATO-ya üzv ölkələr də bu qərargahda təmsil olunur. NATO-nun bir təşkilat kimi bu prosesdə iştirakına ehtiyac yoxdur”.

Qeyd edək ki, ABŞ və NATO Soçidə keçiriləcək Olimpiya oyunlarının təhlükəsizliyinin təminatı məsələsi ilə bağlı Rusiyaya yardım təklif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR