AMEA-nın yeni açılmış Mərkəzi Kitabxanasında rusiyalı qonaqlarla görüş keçirilib - FOTO

AMEA-nın yeni açılmış Mərkəzi Kitabxanasında rusiyalı qonaqlarla görüş keçirilib - <span style="color: red;">FOTO
# 21 may 2014 12:02 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə AMEA-nın yeni açılmış Mərkəzi Kitabxanasında rusiyalı qonaqları qəbul edib.

Mərkəzi Kitabxanadan APA-ya verilən xəbərə görə, Rusiya Federasiyası prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvidkoy, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu və Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə ilə görüşdə Rusiya-Azərbaycan mədəni əlaqələri müzakirə olunub.

Sonra İnformasiya Resursları Mərkəzinin direktoru Leyla İmanova qonaqları Mərkəzi Kitabxana ilə tanış edib.

Qonaqlar kitabxananın sərgi zalında dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilinə tərcümə edilmiş nəşrləri, elmi nəşrlər, Azərbaycan Milli Ensiklopediyasının Azərbaycan və rus dillərindən çapa verilmiş ilk cildləri, Nobel mükafatı laureatlarının əsərləri ilə tanış olublar.

L. İmanova İnformasiya Resursları Mərkəzi və onun fəaliyyət perspektivləri haqqında da məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR