Bakıda yaşayış evində yanğın olub

Bakıda yaşayış evində yanğın olub
# 03 dekabr 2013 09:55 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda yaşayış evində yanğın olub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 2-də saat 14 radələrində Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsi, ev 30-da yaşayan Nazilə Həbibovanın evində yanğın baş verib. Nəticədə xəsarət alan olmayıb, 20 kv. m sahədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb.

N.Həbibova Suraxanı Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək yanğından sonra evindəki 4200 manat pulu və qızıl əşyalarını tapa bilmədiyini bildirib.

Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR