AB Xarici Əlaqələr Şurası İrana qarşı sanksiyaların aradan qaldırılmasını istəyib

AB Xarici Əlaqələr Şurası İrana qarşı sanksiyaların aradan qaldırılmasını istəyib
# 19 iyun 2014 13:02 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Avropa Birliyinin (AB) Xarici Əlaqələr Şurası İrana qarşı tətbiq olunmuş sanksiyaların aradan qaldırılmasını tövsiyə edib.

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, qurum iyunun 18-də yaydığı hesabatında İranla nüvə razılaşması məsələsində ortaya çıxan fürsətdən yararlanılmasını və sanksiyaların ləğvi mövzusunda ABŞ-ın icazəsinin gözlənilməməsinin zəruri olduğunu vurğulayıb.

Sənəddə həmçinin İranla davam etdirilən nüvə müzakirələrinin avropalılar üçün yaxşı fürsət olduğu və bu ölkənin nüvə probleminin tamamilə həlli istiqamətində hərəkət edildiyi bildirilib. Bununla belə, hesabatda AB ölkələrindən İranın nüvə məsələsinin birdəfəlik həlli üçün ABŞ-la yaxından əməkdaşlıq edilməsi tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR