Dövlət Baytarlıq Xidməti: Azərbaycanda bunyavirusa yoluxmuş 500-600 baş heyvan qalıb

Dövlət Baytarlıq Xidməti: Azərbaycanda bunyavirusa yoluxmuş 500-600 baş heyvan qalıb
# 19 sentyabr 2013 09:34 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.

O bildirib ki, hazırda xəstə heyvanların müalicəsi sürətlə davam etdirilir: “Başqa ölkələrdən gözlədiyimiz dərman preparatları hələ ki, gətirilməyib. Dərmanların gətirilməsi ilə bağlı işlər davam edir. Preparatlar gətirildikdən sonra biz mətbuat konfransı keçirəcəyik və jurnalistlərin iştirakı ilə dərmanları yerlərə paylayacağıq”.

Virusun yayılması ilə əlaqədar vəziyyətin artıq stabilləşdiyini deyən Y. Xanvəli bunu havaların soyuması, qansoran həşəratların azalması ilə əlaqələndirib: “Hazırda problem tamamilə aradan qalxmasa da, heyvanlar arasında yeni yoluxma halları xeyli aşağı düşüb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR