Bakıda ABŞ-ın Kosmik və Raket Mərkəzinin “Kosmosa səyahət” sərgisinin dünya premyerasının açılışı keçirilib - FOTOSESSİYA

Bakıda ABŞ-ın Kosmik və Raket Mərkəzinin “Kosmosa səyahət” sərgisinin dünya premyerasının açılışı keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 03 dekabr 2013 08:19 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Heydər Əliyev Mərkəzində ABŞ-ın Kosmik və Raket Mərkəzinin “Kosmosa səyahət” sərgisinin dünya premyerasının açılışı keçirilib. APA-nın məlumatına görə, kosmosla yarım əsrlik tanışlıq müddətindəki yenilikləri əks etdirən sərgidə 100-dək eksponat nümayiş olunur.

Sərgilənən eksponatlar sırasında kosmik stansiyalar, kosmosa gedib-gəlmiş və digər planetlərdən gətirilmiş orijinal nümunələr, müxtəlif peyklərin hissələri və onların maketləri, kosmonavt geyimləri və aksessuarları, meteoritlər və s. var. Sərgidəki dörd milyard yaşı olan qaya nümunəsi, meteroidlər, digər planetlərdən gətirilmiş nümunələr, “Mir” kosmik stansiyası, “Apollo-Soyuz” kosmik gəmisi sərgi iştirakçılarının böyük marağına səbəb olub.

ABŞ Kosmik və Raket Mərkəzinin icraçı direktoru Debora Barnhard bildirib ki, sərginin Heydər Əliyev Mərkəzində keçirilməsindən məmnundurlar: “Sərginin Heydər Əliyev Mərkəzində keçirilməsi bizim üçün şərəfdir. Çünki burda hər cür şərait var. Sizə təqdim olunan nümunələr orijinaldır”.

D. Barnhard əlavə edib ki, gələcəkdə təmsil etdiyi qurumun tərəfdaşlarından biri də Azərbaycan olacaq.

Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov isə sərginin Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışıb, nümayiş olunan eksponatların iştirakçıların marağına səbəb olacağına ümid etdiyini bildirib.


Açılış mərasimində həmyerlimiz, Sovet İttifaqı qəhrəmanı Musa Manarov da iştirak edib.

Qeyd edək ki, 3500 kv metr sahədə təşkil olunan sərgidə 100-dək eksponat nümayiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR