Azərbaycan əhalisi gəlirlərin 11%-ni vergilərə sərf edir

Azərbaycan əhalisi gəlirlərin 11%-ni vergilərə sərf edir
# 18 dekabr 2013 07:45 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əhalinin hər nəfərinə düşən gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,5% artaraq 3 471,7 manat və ya ayda orta hesabla 315,6 manat təşkil edib.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu dövr ərzində ölkə əhalisi tərəfindən əldə edilmiş 32,3 mlrd. manatlıq gəlirin 68,0%-i son istehlak xərclərinə, 10,8%-i vergilər, kreditlər üzrə faizlər, sosial sığorta və üzvlük haqlarının ödənilməsinə sərf edilib, 21,2%-i isə yığıma yönəldilib.

Əhalinin sərəncamda qalan gəlirləri 29,4 mlrd. manat təşkil edərək əvvəlki ilin eyni dövrünə nisbətən 7,9% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR