Dünya Çempionatı: Avstraliya – Hollandiya - 2:3 - VİDEO

Dünya Çempionatı: Avstraliya – Hollandiya - 2:3 - <span style="color: red;">VİDEO
# 18 iyun 2014 20:36 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, B qrupunda II turun oyunlarına start verilib.

İlk oyununda dünya və Avropa çempionları İspaniyanı 5:1 hesabı ilə darmadağın etməklə çoxlarını təəccübləndirən Hollandiya bu dəfə Avstraliya ilə qarşılaşıb. Oyundan əvvəl “narıncılar”ın bu matçda qalib gələcəyi şübhə doğurmasa da, matç gərgin alınıb. Hesabı hollandlar açsa da, avstraliyalılar 1 dəqiqə sonra hesabı bərabərləşdiriblər və ikinci hissənin əvvəlində "yaşıl qitə" nümayəndələri irəli çıxıblar. Amma Hollandiya millisinin təcrübəsi özünü göstərib. Oyun 3:2 hesabı ilə Hollandiyanın xeyrinə başa çatıb.

B qrupu

Avstraliya – Hollandiya - 2:3

Qollar: Keyxell, 21; Jednak, 54 (pen) - Robben, 20; van Persi, 58; Memfis Depay, 68

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR